Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbində Torpaq çərşənbəsi qeyd edilib

0

  •         Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbində 15 mart 2022-ci il tarixində Novruz çərşənbələrinin sonuncusu, xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə"də adlandırılan Torpaq çərşənbəsi qeyd edilib.        Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Ziya Aşırov, məktəbin pedaoqji kollektivi, şagirdlər və dəvət olunmuş qonaqlar iştirak ediblər.       Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.        Sonra tədbiri açıq elan edən Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Ziya Aşırov çıxış edərək tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, XXI əsrdə yaşasaq da, milli adət və ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq. Min illərdi ki, xalqımız baharın, yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır və bundan sonra da yaşayacaqdır.        Tədbir zamanı məktəbin şagirdlərindən ibarət xor kollektivi, məktəbin xalq çalğı alətləri şöbəsindən qarmon ansamblı, məktəbdə fortepiano ixtisası üzrə təhsil alan birinci sinif şagirdlərindən ibarət “Ağ çiçəyim” rəqsi, xalq çalğı alətləri şöbəsinin şagirdlərinin çıxışı ilə nağara ritm qrupu və məktəbin şagirdlərindən ibarət fləşmob nümayiş etdirilib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib71 dəfə
    Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbində Torpaq çərşənbəsi qeyd edilib

    Maraqlı gələ bilər
    67
    74
    84